Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Emin Süleymanov fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, Pərviz İlyasov isə 3-cü yeri tutub.
2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aydın Məmmədov, Tahir Quluzadə və Toğrul Məmmədli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Çin Qran-prisinin qalibi müəyyənləşib
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi
- 10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atıb