Xüsusi olimpiya atletlərimiz beynəlxalq yarışa doğru
06.08.2025 - 21:26
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları Special Olympics Meeting Castellon 2025” beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, bu il oktyabrın 16-da İspaniyanın Kastelon şəhərində keçiriləcək yarışda ölkəmizi 8 idmançı təmsil edəcək.
Təmsilçilərimiz atletika idman növündə qüvvələrini sınayacaqlar. Onlar yarışqabağı məşqlər edirlər.
Qeyd edək ki, turnirdə 400-dən çox idmançının iştirakı gözlənilir.
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
- Dövlət qurumları arasında bilyard turniri keçirilib - FOTO
- Azərbaycan WADA-nın beynəlxalq konfransında təmsil olunub
0
0