Mayın 3-6-da 2012-2013-cü illər təvəllüdlü badmintonçular arasında ölkə birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Yağmur Quliyeva yarışı 3 medalla başa vurub. O, şəxsi və qoşa kateqoriyalarında qızıl, qarışıq-qoşada isə gümüş medal qazanıb. Ömər Teymurlu isə birinciliyi 2 qızıl və 1 bürünclə başa vurub.
Qaliblər medal və diplomlarla mükafatlandırılıb.
Şəxsi
Oğlanlar
1. Malik Cəfərov
2. Omar Mehdi
3. Ömər Teymurlu, Hüseyn Məmmədov
Qızlar
1. Yağmur Quliyeva
2. Banu İbrahimli
3. Mədinə Hacıyeva, Ayla Abdullayeva
Qoşa
Oğlanlar
1. Ömər Teymurlu-Yusif Kamalov
2. Hüseyn Məmmədov-Omar Mehdi
3. Amin Məmmədov-Məhəmməd Hacıyev, Cəfər Əlizadə-Malik Cəfərov
Qızlar
1. Banu İbrahimli-Yağmur Quliyeva
2. Həbibə Quliyeva-Ziba İsgəndərova
3. Duyğu Mustafalı-Fatimə İsmayılova, Esma Məmmədova-Mədinə Hacıyeva
Qarışıq qoşa
1. Ömər Teymurlu-Banu İbrahimli
2. Məhəmməd Hacıyev-Yağmur Quliyeva
3. Malik Cəfərov-Ziba İsgəndərova, Hüseyn Məmmədov-Həbibə Quliyeva
- Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ