Azərbaycanın yeniyetmə sablyaçıları Gürcüstanın Tbilisi şəhərində keçirilən "European CC Tbilisi-2025" beynəlxalq turnirində 4 medal qazanıblar.
Apasport.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət komanda birinci yeri tutub. İdmançılar finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.
Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında isə Abbas Hüseynov gümüş medal qazanıb.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB