Yeniyetmələr arasında Qran-Pri: Təmsilçimiz 6-cı oldu - FOTO
24.09.2025 - 22:26
Yeniyetmələr arasında Qran-Pri: Təmsilçimiz 6-cı oldu  - FOTO

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının  qadınlar arasında qısa proqramı keçirilib.

Apasport.az xəbər verir ki, qısa proqram üzrə 30 ölkədən 35 idmançı çıxış edib.

Turnirin nəticələrinə əsasən Israilli idmançı Sophia Shifrin 61.57 xalla 1-ci, Çinli fiqurlu konkisürən  Yihan Wong 60.96 xalla 2-ci, Cənubi Koreyalı idmançı Hyewon Joo isə  3-cü olub. 

Qısa proqramda yeniyetmə idmançılarımız Arina Kaluqina 57.87 xalla 6-cı, Səbinə Əliyeva 35.76 xalla 28-ci, Leyli Axundova isə 35.33 xalla 29-cu yerdə qərarlaşıblar.

Qeyd edək ki Qran-Pri  Dövlət  Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə  keçirilir.  Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Yarışın ikinci günündə kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər.