Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
30.03.2025 - 12:53
Bostonda fiqurlu konkisürmə üzrə dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxış edərək 233,31 xal toplayıb.
İdmançımız 39 iştirakçı arasında 15-ci yerdə qərarlaşaraq Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Yarışda çıxış edən digər təmsilçilərimiz Nərgiz Süleymanova və buz üstündə rəqs növündə yarışan Samantha Ritter və Daniel Brykalov cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
0
0