Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla Həşimova, Məryəm Hüseynova, Nihad Xudoyev, Çingiz İsayev və Asiman Qasımov mübarizə aparacaqlar.
Məşqçi Mirzə Quliyevin və mexanik Elçin Rzazadənin rəhbərliyi altında isə dağ velosipedçiləri (MTB) Marina Akimova və Əli Zeynalzadə yarışacaq.
Qeyd edək ki, yarış iyulun 22-26-sı aralığında baş tutacaq.
- МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib
- Hokkeydə daha əvvəl görülməyən qol - VİDEO
- Corc Rassell Çin Qran-prisinin sprint yarışının qalibi oldu
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO