Badmintonçumuz Malayziyada bürünc medal qazandı
15.09.2024 - 18:57
Badmintonçumuz Malayziyada bürünc medal qazandı

Malayziyanın Ravanq şəhərində yeniyetmə badmintonçuların açıq turniri keçirilir. 

Apasport.az xəbər verir ki, təmsilçimiz Ülvi Hüseynov da yarışda iştirak edib.

O, turnirin bürünc medalına sahib çıxıb. Mübarizəyə 1/32 finaldan başlayan Hüseynov yarımfinalda turnirin qalibi yerli idmançı Lai Man Tata gərgin keçən görüşdə 0:2 (22:24,16:21) hesabı ilə uduzub.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandomuna əsasən Malayziya Badminton Akademiyasında təhsil alır. O, Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışınlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

0