“Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
15.09.2024 - 17:46
“Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib

"Formula 1" Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün qaliblərinə təqdim olunan kubok milli üslubda dizaynı ilə diqqət cəlb edib. 

Apasport.az xəbər verir ki, rəsmi mükafat Qarabağ xalçalarının xarakterik naxışlarından ilham alaraq hazırlanıb. Bu naxışlar həm zövq oxşayan gözəllik, həm də ölkənin köklü sənət və sənətkarlıq ənənələrini yaşatdığına işarədir.

Dizaynda istifadə olunan alov Azərbaycanın "Odlar Yurdu" kimi tanındığını və ölkəmizin idman sahəsindəki yüksək nüfuzunu vurğulayır. Milli naxışlar və elementlər yarışın saf gümüşdən hazırlanmış hər üç kubokunun üzərində mövcuddur. 

Final yarışının qaliblərinə rəsmi mükafat və medalları Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidentiMəhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Qatar Airways-in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

Qeyd edək ki, Bakı yarışında 51 dövrəni birinci tamamlayan Maklaren komandasının pilotu Oskar Piastri oldu. Ferrari pilotu Şarl Lekler 2-ci, Mersedes komandasının pilotu Corc Rasl isə 3-cü yeri tutub.

0