“Formula 1”də yeni sponsor
03.10.2024 - 00:33
“Formula 1”də yeni sponsor

"Formula 1"in yeni böyük sponsoru bəlli olub.

Apasport.az xəbər verir ki, LVMH brendi ilə 10 illik müqavilə imzalanıb.

2025-ci ildən "Louis Vuitton", "Moet Hennessy" və "TAG Heuer" kimi məşhur brendlər avtomobil yarışının tərəfdaşı olacaq. Bunlardan "Moet Hennessy" Las-Veqas, "TAG Heuer" isə Monako Qran-prilərinə sponsorluq edib.

Qeyd edək ki, bundan sonra sürücülər podiumda qələbəni "FERRARİ" yox, "Moet Hennessy" şampanı ilə qeyd edəcək. Yarışın xronometrajı isə "Rolex"dən "TAG Heuer"ə keçəcək.

0