Bəhreyndə keçirilən Gimnaziadanın təntənəli açılış mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, mərasim Ər-Rifa şəhərindəki Milli Stadionda təşkil olunub.
Azərbaycan yığmasının bayraqdarı vəzifəsini paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə yerinə yetirib.
Oktyabrın 31-dək davam edəcək Gimnaziadada Azərbaycan 160 idmançı ilə təmsil olunur. İştirakçı sayına görə ölkəmiz 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması bu yarışlarda aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük idman növləri üzrə təmsil olunacaq.