Millimizdən növbəti bürünc medal
22.09.2024 - 22:00
Millimizdən növbəti bürünc medal

Akrobatika üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən dünya çempionatında 8-ci medala sahib çıxıb.

Apasport.az xəbər verir ki, kişilərdən ibarət qrup komandası bürüncə yiyələnib.

Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi ibarət heyət temp hərəkətlərində fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, ölkəmiz çempionatda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

0