Akrobatlarımızdan Polşada 2 medal
30.06.2025 - 12:52
Akrobatlarımızdan Polşada 2 medal

27-29 iyun tarixlərində Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi də təmsil olunub.

Turnirdə ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.

Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.