Avropa Kubokunun açılış mərasimi keçirilib
01.05.2025 - 19:58
Avropa Kubokunun açılış mərasimi keçirilib

Bakıda bədii gimnastika üzrə Avropa kuboku turnirinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin paradı ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, onlara məsul yarışda uğurlar arzulayıb. O, bu həftə ölkəmizin Avropa kuboku ilə yanaşı, daha iki beynəlxalq yarışa - "Prezident Kuboku-2025" beynəlxalq reqatasına və cüdo birinciliyinə ev sahibliyi etdiyini bildirib. Nazir ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərildiyini qeyd edərək, bu qayğı nəticəsində gimnastikanın inkişafında diqqətiçəkən irəliləyş olduğunu vurğulayıb.

Rəsmi çıxışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Avropa kubokunda 25 ölkənin 175 gimnastı mübarizəyə qoşulub. Yarış 4 gün davam edəcək.