Mayın 1-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa kubokunun proqramı açıqlanıb.
Apasport.az xəbər verir ki, 4 gün davam edəcək yarış ötən il olduğu kimi, maraqlı qaydalar əsasında keçiriləcək.
Reqlamentə əsasən, hər bir iştirakçı finala qədər yalnız bir növdə çıxış edəcək.
Müsabiqənin proqramına gəlincə, mayın 1-də halqa ilə, ertəsi gün isə top və lentlə çıxış edəcək gimnastlar arasında təsnifat mərhələsi keçiriləcək. Mayın 2-də komandalar qrup hərəkətlərində öz proqramlarını təqdim edəcəklər.
Mayın 3-də fərdi və qruplar arasında “Cross Battles”, mayın 4-də isə yeniyetmələr arasında final yarışları baş tutacaq.
Qeyd edək ki, turnirdə 23 ölkənin gimnastları mübarizə aparacaq.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal