
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku davam edir.
Apasport.az xəbər verir ki, üçüncü yarış günündə ilk olaraq gənclərdən ibarət qrup hərəkətləri komandaları halqa və gürzlərdə qüvvələrini sınayıblar.
İki hərəkətin cəminə görə ən çox xalı toplayan Bolqarıstan yığması (51.150) qızıl medala layiq görülüb. Ukrayna (47.850) gümüş, İsrail (46.500) isə bürünc mükafata sahib çıxıb.
Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət Azərbaycan millisi (41.400) isə yeddinci yeri tutub.
Qeyd edək ki, turnirə mayın 4-də yekun vurulacaq.
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Gimnastlarımız MDB Oyunlarını 6 medalla başa vurublar
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO