Bu gün Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib.
Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.
Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz kompozisiyalarını nümayiş etdiriblər.
Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə aparırlar.
Bu gün start götürən yarışa 11 noyabr tarixində yekun vurulacaq.