İkiqat dünya çempionu Mixail Malkin iyulun 5-6-da Koimbrada (Portuqaliya) keçiriləcək Dünya kubokuna qatılacaq.
Apasport.az xəbər verir ki, tamblinq üzrə Azərbaycan yığmasının liderinin növbəti turniri avqustun 7-17-də Çenqduda (Çin) baş tutacaq Dünya Oyunları olacaq.
Digər tamblinq ustalarımız Adil Hacızadə, Tofiq Əliyev və Bilal Qurbanov da Portuqaliyada təşkil olunacaq Dünya kubokunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan tamblinq ustaları bu il dünya çempionatında artıq fərqləniblər. Bakıda keçirilən mövsümün ilk mərhələsində Hacızadə qızıl, Əliyev isə gümüş medal qazanıb.
- İki gimnastımız Dünya Kubokunun finalında
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək