Simonov liderliyini möhkəmləndirib
24.03.2025 - 17:52
Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya kuboku seriyasında halqalarla hərəkətdə lider statusunu möhkəmləndirib.
Apasport.az xəbər verir ki, 3 mərhələdən sonra təmsilçimiz 80 xalla ümumi sıralamada 1-ci pillədəki mövqeyini qoruyub.
Nikita Bakıda qızl medal qazanaraq 30, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində isə gümüş medala sahiblənərək hər birində 25 xal qazanıb.
Beləliklə, Simonov ilin əvvəlindən keçirilən bütün reytinq turnirlərində fəxri kürsüyə yüksəlib.
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
0
0