Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləşçilər son 5 çəkidə mübarizəyə qoşulublar.
Azərbaycan millisinin 3 idmançısı yarımfinalda iştirak hüququ əldə edib. Onlardan
U-17 Avropa çempionatı
Sərbəst güləş
45 kq
Yarışa 1/4 finaldan start verən Ömər Usubov ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər yarımfinalda rusiyalı Umar Rabadanovla qarşılaşıb. 5:12 hesabı ilə uduzan Ömər bürünc uğrunda güləşəcək.
60 kq
Həsən Həsənov makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovla güləşib. 4:0 hesabı ilə üstün olan güləşçimiz finala yüksəlib.
92 kq
Səid Paşayev slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Səid finala vəsiqə uğrunda ukraynalı David Lutskovla üz-üzə gəlib. Rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz qızıl medal uğrunda yarışacaq.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu