İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, sonuncu yarış günündə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.
U20 milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.
7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.
Xatırladaq ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal əldə etmişdi.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu