Azərbaycanlı güləşçi 48 aylıq diskvalifikasiya edilib
05.05.2025 - 09:14
Azərbaycanlı güləşçi Məhəmməd Abdullazadə 48 aylıq diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb. Abdullazadə qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə cəza ilə üzləşib.
Məhəmmədin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
0
0