Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 3 təmsilçimiz mübarizəyə qoşulacaq.
Yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.
Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər