Dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək
14.09.2025 - 10:19
U17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı paytaxtımıza həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 02 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
1
0