Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.
İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan Azərbaycan sərbəst güləşçiləri artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Azərbaycan millisi həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.
Belə ki, yığma ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb: ilk dəfə 5 sərbəst güləşçi qitə birinciliyinin finalında güləşib. Azərbaycan komandası yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Azərbaycan millisi ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu