Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, sərbəst güləş millimiz qitə birinciliyində uğurlu çıxış edib.
Komandamız çempionatda 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) gümüş, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) isə bürüncə yiyələnib.
Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub.
- Güləşçilərimiz “Zəfər kuboku”nda iştirak edəcək
- Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin açıq məşqi keçirilib
- Rafiq Hüseynov: “Olimpiya Oyunlarına gedən yol yeniyetmələrdən başlayır”
- Mariya Stadnik 250 güləşçiyə ustad dərsi keçib
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır