Avropa çempionatının I təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlaşan qadın voleybolçulardan ibarət U-20 Azərbaycan yığmasısının İzmirdəki təlim-məşq toplanışı başa çatıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Gökhan Edmanın rəhbərlik etdiyi milli komanda hazırlıq çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Yığma təlim-məşq toplanışının son mərhələsini Azərbaycanda keçəcək. Qubada təşkil olunacaq hazırlıq prosesində U-16 millisi də iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək Avropa çempionatının I təsnifat mərhələsində Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək. Yığma A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq.