Güləşçilərimiz Avropa çempionatında ikinci yeri tutub
03.07.2025 - 10:11
taliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşçilərin çıxışına yekun vurulub.
Apasport.az xəbər ki, yığmamız komanda hesabında ikinci yeri tutub.
Millimiz yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. 129 toplayan yığmamız Gürcüstandan (135) 6 xal geri qalıb. Komandamızla eyni xal toplayan Ukrayna 3-cü yeri tutub.
Azərbaycan güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) ilə Tural Əhmədov (63 kq), Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq), Elmin Əliyev (82 kq) bürünc medala sahib çıxıblar.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
0
0