Güləşçilərimiz Rusiyada 3 medal qazanıblar
25.09.2024 - 17:33
Güləşçilərimiz Rusiyada 3 medal qazanıblar

Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib.

Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.

Bu yarışda özünü 60 kq-da sınayan Eldəniz Əzizli və Ülvi Qənizadə (72 kq) finala yüksəlib. Ancaq zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.

0