Güləşçilərimizdən mundialda daha 2 medal
26.10.2024 - 21:26
Güləşçilərimizdən mundialda daha 2 medal

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə 5 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin iki güləşçisi qızıl, ikisi bürünc medal uğrunda mübarizə aparacaq.

61 kq çəki dərəcəsində Ruslan Abdullayev finalda Başir Maqomedovla (AİN) üz-üzə gəlib. 0:4 hesabıyla məğub olan təmsilçimiz U-23 dünya çempionatını gümüş medalla başa vurub.

74 kq çəki dərəcəsində Cəbrayıl Qadjiyev təsəlliverici görüşdə İsmet Çiftçiyə 11:3 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda İsmail Xaniyevlə (AİN) güləşib. 8:6 hesabıyla hesabı ilə qələbə qazanan Qadjiyev bürünc medal qazanıb.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub.

0