Güləşçimiz 4 illik diskvalifikasiya olunub
21.10.2024 - 16:06
Azərbaycanın güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifkasiya olunub.
Apasport.az xəbər verir ki, cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib.
İdmançının nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də bitəcək.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
0
0