Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU
22.08.2025 - 19:41
Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.