Güləşçimiz Qazaxıstanda bürünc medal qazanıb
08.10.2024 - 17:33
Güləşçimiz Qazaxıstanda bürünc medal qazanıb

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.

Təmsilçimiz Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.

0