“Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi”.
Apasport.az xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kiloqram) federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
İdmançı yarışa çempionluq hədəfi ilə yollandığını bildirib: “Çoxlu təlim-məşq toplanışı keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Öz üzərimdə daha çox işləməliyəm. Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu