Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.
Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.
Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıb.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu