Millimizdən iki bürünc medal
03.08.2025 - 20:59

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün mübarizə aparan sərbəst güləşçilərimizdən Həsən Həsənov (60 kq) mükafat uğrunda görüşdə kanadalı Natan Naşa 5:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Səid Paşayev (92 kq) də qazaxıstanlı Beibaris Yerqalini 5:3 hesabı ilə məğlub edərək bürüncmükafata sahib çıxıb.
0
0