Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan Hitomi Obara 44 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiadada 48 kq çəkidə qalib olub. Bundan başqa o, müxtəlif illərdə 8 dəfə dünya çempionatının qızıl medalını qazanıb.
Adı 2022-ci ilin sentyabrında UWW Şöhrət Zalına daxil edilən Obara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya hazırlaşan qadınlardan ibarət Yaponiya millisinin məşqçilər korpusunda yer almışdı.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu