Güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 4-cü günündə qadın güləşçilər xalçaya çıxıb.
Azərbaycan millisinin iki güləşçisi çempionata start verib.
Jalə Əliyeva (57 kq) 1/4 finaldan mübarizəyə başlayıb. O, Maqdalena Qlodekə (Polşa) qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Elvira Kamaloğlu ilə üz-üzə gəlib. Görüş rəqib idmançının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, sabah bürünc uğrunda Yenna Hemiae ilə qarşılaşacaq.
Alyona Kolesnik (59 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxıb. O, Aurora Russo (Italiya) ilə qarşılaşıb. 1:3 hesabı ilə məğlub olan güləşçimiz yarışı medalsız başa vurub.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu