Qurban Qurbanov ermənini məğlub etdi
12.04.2025 - 16:41

Azərbaycan millisinin güləşçisi Avropa çempionatında erməni təmsilçisi ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışa 1/8 finaldan başlayıb.
Onun ilk rəqibi ermənistanlı Samvel Qriqoryan olub. Qurban 3:1 hesabıyla qalib gələrək adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan)2:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
- Bakıda 2026-cı ildə U-17 Dünya güləş çempionatı keçiriləcək
- Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator olub
- Osman Nurmaqomedov: “Onlara qalib gəlməyin yolunu bilirəm”
- Dünya çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub
- İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıblar
0
0