Rəşad Məmmədovdan gümüş medal
23.10.2024 - 20:52
Rəşad Məmmədovdan gümüş medal

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizə aparacaq.

55 kq çəkidə mübarizə aparan Rəşad Məmmədov final qarşılaşmasına çıxıb. Onun rəqibi iranlı Ahmad Vafa olub. 3:11 hesabı ilə uduzan Məmmədov dünya ikincisi adına yiyələnib.

77 kq çəki dərəcəsində bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.

0