Sərbəst güləşçilərimizdən 3 medal
16.11.2024 - 22:57
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turniri keçirilib.
Apasport.az xəbər verir ki, ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında yığmamızın bir neçə üzvü iştirak edib.
Onlardan üçü fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıb.
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi
- Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib
- Yunan-Roma güləşi üzrə 5 çəkidə ölkə çempionları müəyyənləşib - FOTO
0
0