Təmsilçimiz dünya ikincisi olub
14.09.2025 - 22:57
Təmsilçimiz dünya ikincisi olub

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə dünya çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi gümüş medal qazanıb.

Sərbəst güləşçimiz Giorgi Meşvilişvili (125 kq final görüşündə Meşvilişvili olimpiya mükafatçısı və dünya çempionu iranlı Amir Hüseyn Zareyə 0:5 hesabı ilə uduzub.

Bundan əvvəl Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal əldə ediblər.