Yunan-Roma güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
08.06.2024 - 10:22
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaqlar.
Apasport.az xəbər verir ki, 2 güləşçimiz öz qüvvələrini sınayacaqlar.
Murad Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
0
0