“Qarabağ”dan inamlı qələbə
23.02.2026 - 09:48
Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, qadınların yarışında "Kür" "İdman Akademiyası"nı məğlub edib - 39:23.
"Azəryol" "Bakı"ya heç bir şans verməyib - 33:9. "Qarabağ" isə "Təhsil"i 25:12 hesabı ilə üstələyib.
Kişilərin mübarizəsində "Qarabağ" "Dinamo"ya (45:25), "Bakı" "Təhsil"ə (45:21), "Kür" isə "Azəryol"a (28:23) qalib gəlib.
0
0