"Qarabağ" və "Bakı" məğlub olub
09.02.2026 - 22:48
Həndbol üzrə XXXII ölkə çempionatında VI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Qadın həndbolçuların mübarizəsində "Azəryol" "Təhsil"i 33:7, "İdman Akademiyası" "Bakı"nı 26:8, "Kür" isə "Qarabağ"ı 40:15 hesabı ilə üstələyib.
Kişilərin yarışında "Dinamo" "Təhsil" üzərində 32:31 hesablı qələbə qazanıb. "Bakı" "Azəryol"u 33:19, "Qarabağ" isə "Kür"ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.
0
0