Avarçəkənlərimiz III MDB Oyunlarına iki medalla başlayıb - FOTO
05.10.2025 - 15:35

Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası ilk yarış gününün birinci yarısında iki medal qazanıb.
Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub.
İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
0
0