“Mingəçevir reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu
01.10.2026 - 19:22
“Mingəçevir reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu

“Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb.

Apasport.az xəbər verir ki, reqatanın son günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 11 dəst medal uğrunda mübarizə aparılıb.

Azərbaycan komandası son yarış günündə 3 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.

Qızıl medallara 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Mustafa Vəlizadə və 1 nəfərlik kayakda 500 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə sahib olublar.

Gümüş medalları akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) Azər İlyasov – İsabala Dadaşzadə, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Qiyas Əhmədov və 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə qazanıblar.

Bürünc medallara isə 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2010-2011) Maqsud Mantaşev – Nizami Kərimov, eyni növdə 2008-2009 yaş kateqoriyasında Mikayıl Vəliyev – Sabir Ağayev, 1 nəfərlik kanoedə 500 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) İsmayıl Şirinov – Tunar Məmmədzadə və 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze sahib olublar.

Beləliklə, Azərbaycan komandası turniri 7 qızıl, 5 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 22 medalla başa vurub.

Yekun nəticələrə əsasən, kayak və kanoe üzrə Özbəkistan 8 qızıl, 4 gümüş və 1 bürünc medalla kubokun qalibi olub. Azərbaycan 6 qızıl, 4 gümüş və 8 bürünclə ikinci, Ukrayna isə 2 qızıl və 1 gümüş medalla üçüncü yeri tutub.

Akademik avarçəkmə üzrə də kubok Özbəkistana qismət olub. Bu ölkənin aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medal olub. Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünclə ikinci, Gürcüstan isə 1 qızıl medalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” sentyabrın 29-da Füzulidə yerləşən Köndələn su anbarında start götürüb.