Kayak və kanoeçilərimiz Batumidə beynəlxalq yarışda iştirak edəcək
06.11.2026 - 11:20
Noyabrın 7-də Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə beynəlxalq super sprint reqatası təşkil olunacaq.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.
Hüseyn Səmədli kanoedə, Amil Ramazanov isə kayak qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.
Hər iki idmançımız birnəfəlik qayıqda super sprint yarışlarının qaydalarına uyğun olaraq 100 metr məsafə üzrə mübarizə aparacaqlar.
- “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
0
0