Yığmamız “Bahar Kuboku”nda 2 medal qazanıb
26.04.2025 - 19:48
Aprel 24-26-da Türkiyənin Adana şəhərində kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq turnir təşkil edilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışı 1 qızıl və 1 gümüş medalla başa vurublar.
Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb.
O, 1000 metr məsadə bir nəfərlik kanoe qayığında mübarizə bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsində yer alıb.
- Avarçəkənlərimiz III MDB Oyunlarına iki medalla başlayıb - FOTO
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub
- Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib
- Təmsilçilərimiz 3-cü yerin sahibi olublar
0
0