İtaliya A Seriyasında XV turun qarşılaşmaları davam edir.
Apasport.az xəbər verir ki, “Roma” səfərdə “Kalyari”nin qonağı olub.
Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Turun mərkəzi matçında isə “Napoli” öz meydanında “Yuventus”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi neapollular olub. Ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qoca sinyora”nın yeganə qolunu Türkiyə millisinin üzvü Kenan Yıldız vurub.
İtaliya A Seriyası
XV tur
15:30. "Kremoneze" - "Leççe" - 2:0
18:00. "Kalyari" - "Roma" - 1:0
21:00. "Latsio" - "Bolonya" - 1:1
23:45. "Napoli" - "Yuventus" - 2:1